Lənkəranın "Kiçik Bazar" adlanan ərazisində yeniyetmə dənizdə boğulub.
Modern.az xəbər verir ki, hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub.
Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.