Modern.az

Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə

14 İyun 2025, 17:56

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Modern.az xəbər verir ki, bu barədə bu barədə daşıyıcı şirkət məlumat verib.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıblar. Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.

Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib. 

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.


 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU