Modern.az

İki gənc Şıx çimərliyində batıb - VİDEO

İki gənc Şıx çimərliyində batıb - VİDEO

Hadisə

15 İyun 2025, 13:04

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU