Modern.az

Dəhrə ilə həmkəndlisini öldürdü, təslim oldu

Dəhrə ilə həmkəndlisini öldürdü, təslim oldu

Hadisə

15 İyun 2025, 21:42

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU