Modern.az

İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilir

İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilir

Hadisə

16 İyun 2025, 08:17

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub..

Modern.az xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU