Modern.az

Saatlıda yol qəzası: İki nəfər yaralandı

Saatlıda yol qəzası: İki nəfər yaralandı

Hadisə

17 İyun 2025, 17:18

Saatlıda avtomobil və dəmir yollarının kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın xəbərinə görə, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttində, keçiddə qeydə alınıb. 77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxıb, keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.

Qəzada Neftçala rayon sakinləri - 1991-ci il təvəllüdlü Aynurə Məlikova və 2009-cu il təvəllüdlü Arif Bədəlov xəsarət alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı