Modern.az

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Hadisə

20 İyun 2025, 11:54

Günəşdə güclü partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin bildirdiyinə görə, bu 2025-ci ilin 3-cü ən güclü partlayışıdır.

“Moskva vaxtı ilə saat 02:50-də (Bakı vaxtı ilə 03:50) həmin bölgədə beynəlxalq təsnifata əsasən X1.9 səviyyəsində yüksək bal ilə qiymətləndirilən güclü alışma qeydə alınıb”, – məlumatda bildirilir.

Qeyd edilir ki, bu hadisə gücünə görə yalnız 14 may (X2.7) və 23 fevral (X2.0) tarixlərində baş verən partlayışlardan geri qalır.

Alimlər qeyd ediblər ki, hadisə Yerə demək olar ki, təsirsiz ötüşəcək, lakin daha ətraflı riyazi modellərin təhlili sonradan aparılacaq. Bundan bir gün əvvəl Günəşdə X1.2 gücündə daha bir alışma baş vermişdi. Alışmanın maksimumu Moskva vaxtı ilə saat 00:49-da müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB