Modern.az

Yeniyetmə oğlan Qarabağ kanalında batıb - VİDEO

Yeniyetmə oğlan Qarabağ kanalında batıb - VİDEO

Hadisə

20 İyun 2025, 16:40

Xəbər verildiyi kimi, iyunun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir", məlumatda deyilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB