Modern.az

İsmayıllıda ailə faciəsi: oğulun bıçaqladığı ata xəstəxanada öldü

İsmayıllıda ailə faciəsi: oğulun bıçaqladığı ata xəstəxanada öldü

Hadisə

23 İyun 2025, 09:03

İyunun 17-də İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.

Modern.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Xatırladaq ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb. Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil