Modern.az

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

24 İyun 2025, 12:48

Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Modern.az-ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Infinity” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir