Füzuli rayonunda üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.
Modern.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə iyunun 24-ü, saat 20:55-də Füzuli rayonu 6 saylı Qayıdış qəsəbəsi ərazisində baş verib.
"Yal Pirəhmədli kənd sakini 1986-cı il təvəllüdlü Ceyhun Vaqif oğlu Qurbanovun idarə etdiyi "Mercedes-Benz" markalı, 19-BJ-135 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Elçin Fail oğlu Mirzəyevin idarə etdiyi "Opel" markalı və qəsəbə sakini 1998-ci il təvəllüdlü Bəndalı Aftandil oğlu Qəmbərovun idarə etdiyi 99-VO-438 dövlət nömrə nişanlı və KIA markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində C.Qurbanov, onun sərnişini olan qardaşı 1990-cı il təvəllüdlü Nicat və "Opel" markalı avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Elçin Tahir oğlu Süleymanov hadisə yerində həyatlarını itiriblər.
Bəndalı Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli RMX-yə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd edilib.
***
07:58
Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib.
Modern.az xəbər verir ki, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub.
Hadisə nətisində 3 nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.