Modern.az

Restorandan oğurluq edildi

Restorandan oğurluq edildi

Hadisə

27 İyun 2025, 13:32

Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər