Modern.az

Gəncədə fəhlə iş vaxtı öldü

Gəncədə fəhlə iş vaxtı öldü

Hadisə

28 İyun 2025, 12:46

Gəncədə fəhlə işləyən şəxs qəfildən dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, şəhərdəki tikintidə fəhlə işləyən 52 yaşlı kişinin iş vaxtı anidən halı pisləşib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər