Modern.az

Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var

Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var

Hadisə

28 İyun 2025, 12:59

Masallıda ölümlə nəticələnən qəza baş verib.

Modern.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralında Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyev idarə etdiyi "KİA Optima" markalı minik maşını "Kamaz" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Masallı rayonunun Ərkivan qəsəbə sakinləri 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər