Modern.az

Qayınatasını öldürən kürəkən TUTULDU

Qayınatasını öldürən kürəkən TUTULDU

Hadisə

30 İyun 2025, 11:00

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

****

10:04

Şamaxıda qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, kürəkən 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşen Seyfi oğluna bıçaqla xəsarət yetirib və ağır yaralayıb.

Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu