Modern.az

Təcridxanada saxlanılan 40 yaşlı kişi ÖLDÜ

Təcridxanada saxlanılan 40 yaşlı kişi ÖLDÜ

Hadisə

30 İyun 2025, 13:16

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

Modern.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu