Modern.az

İtkin kişinin meyiti kanaldan tapıldı

İtkin kişinin meyiti kanaldan tapıldı

Hadisə

1 İyul 2025, 22:53

Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Baş Şirvan Kollektorunun rayon ərazisindən keçən hissəsində Padar kənd sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti aşkarlanıb.

 

Qeyd edək ki, S.Salahov iyulun 27-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu