Modern.az

Şabranda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırıldı - VİDEO

Şabranda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırıldı - VİDEO

Hadisə

2 İyul 2025, 16:04

Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılb.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

Şabranda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırıldı - FOTO (YENİLƏNİB)

 

Şabranda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırıldı - FOTO (YENİLƏNİB)

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu