Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarına quraşdırılan kondisioner əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.