Modern.az

Bakıda güclü külək iki ağacı aşırdı

Bakıda güclü külək iki ağacı aşırdı

Hadisə

4 İyul 2025, 10:46

Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub.

Bu barədə Modern.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub.

Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI