Modern.az

Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var

Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var

Hadisə

5 İyul 2025, 17:21

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

 

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

***

 

Mingəçevirdə iki kater toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.

 

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI