İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşayırmış.
Modern.az-ın məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü qadın dağın zirvəsindən paraşütlə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.
Onun əvvəllər də paraşütlə tullanma ilə məşğul olduğu bildirilir.
Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
***
18:00
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Beş Barmaq dağında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.