Modern.az

Tanınmış iş adamının oğlu faciəli şəkildə öldü - FOTO

Tanınmış iş adamının oğlu faciəli şəkildə öldü - FOTO

Hadisə

8 İyul 2025, 10:52

Tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi