Modern.az

Ayın 8-i kabusu... - Bir ailənin 5-ci üzvü də öldü

Ayın 8-i kabusu... - Bir ailənin 5-ci üzvü də öldü

Hadisə

8 İyul 2025, 22:29

Bu gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, İsmayılovlar ailəsində bir il ərzində 5-ci ölüm hadisəsidir.

 

Belə ki, bundan öncə Qırılı kəndində 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, müayinə zamanı azyaşlının öldüyü məlum olub. 

 

Ötən ilin avqustunda isə İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.

 

Bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.

 

Maraqlıdır ki, ölüm hadisələri müxtəlif ayların eyni gününə - 8-nə təsadüf edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi