Modern.az

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurdu

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurdu

Hadisə

9 İyul 2025, 16:50

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub.

Modern.az Apa-ya istinadən xəbər verir ki, hadisə yolun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Renault" markalı avtomobil, piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçməyə çalışan 1947-ci il təvəllüdlü Süleymanov Məhəmmədi vurub.

Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi