Modern.az

Sumqayıtda güllələnmə - Ölən var

Sumqayıtda güllələnmə - Ölən var

Hadisə

13 İyul 2025, 11:53

Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, 1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında baş verib.

 

Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi