Modern.az

Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü

Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü

Hadisə

13 İyul 2025, 16:06

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

 

“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parça Xalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi