Modern.az

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Hadisə

14 İyul 2025, 11:20

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.

Modern.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi