Modern.az

Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu

Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu

Hadisə

14 İyul 2025, 20:46

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.

 

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi