Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.
Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.