Modern.az

Kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Hadisə

17 İyul 2025, 12:44

Ağdaşda su kanalıda batan yeniyetmənin meyiti bu gün tapılıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", məlumatda deyilir.

Xatırladaq ki, hadisə 16 iyul 2025-ci il tarixində Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində baş vermişdi.

 

***
Ağdaşda 16 yaşlı yeniyetmə suda batıb.

Modern.az-ın məlumatına görə, hadisə iyulun 16-da baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu 16.07.2025-ci il tarixdə Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində çimərkən suda batıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Hazırda D.Süleymanlının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi