Modern.az

Kürdəmirdə kütləvi zəhərlənmə

Kürdəmirdə kütləvi zəhərlənmə

Hadisə

20 İyul 2025, 00:35

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

 

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

 

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

 

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi