Xəbər verdiyimiz kimi, Abşeronun Novxanı kəndində dənizdə 2 məktəbli - Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batıb.
Modern.az-ın məlumatına görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sosial şəbəkədə dənizdə batan 16 yaşlı yeniyetmələrin fotoları yayılıb. Həmin fotoları təqdim edirik: