Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.
Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
APA bildirib ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.