Qazaxda sürücülük hüququ olmayan şəxsin törətdiyi qəza nəticəsində bir nəfər ölüb.
Modern.az xəbər verir ki, ötən gün saat 23:40 radələrində 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücükük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.
Piyada 20.07.2025-ci il tarixində saat 00:30-da xəstəxanada ölüb.
Faktla bağlı Qazax RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başladılıb.