Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
****
Sumqayıtda bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.