Modern.az

Ağdam və Ağdərədə GÜCLÜ YANĞIN: Mina partlayışları baş verir

Ağdam və Ağdərədə GÜCLÜ YANĞIN: Mina partlayışları baş verir

Hadisə

23 İyul 2025, 00:03

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

 

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.

 

Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.

 

Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

 

***

22:48

Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.

 

Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.

 

Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.

 

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

 

Hazırda yanğın davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!