Ucarda mikroavtobusla yük maşını toqquşub.
Modern.az xəbər verir ki, hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.