Modern.az

15 yaşlı yeniyetmə anasını və nənəsini ÖLDÜRDÜ - RƏSMİ AÇIQLAMA

15 yaşlı yeniyetmə anasını və nənəsini ÖLDÜRDÜ - RƏSMİ AÇIQLAMA

Hadisə

25 İyul 2025, 09:42

İyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-ci il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Goranboy rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya  xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

08:15

Goranboyda qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, iki qadın - L. İsmayılova və onun anası T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni L. İsmayılovanın oğlunun törətdiyi bildirilir.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış