Modern.az

Şuşada yanğının səbəbi AÇIQLANDI

Şuşada yanğının səbəbi AÇIQLANDI

Hadisə

26 İyul 2025, 18:25

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

 

***

14:52

Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə yanğın baş verib.

Modern.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb və yanğın söndürülüb.

Hadisə baş verən ərazidə 3 dəfə mina partlayışı baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək