Modern.az

Anası ilə birlikdə baltalanan qadın ÖLDÜ 

Anası ilə birlikdə baltalanan qadın ÖLDÜ 

Hadisə

27 İyul 2025, 13:00

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.

 

Modern.az xəbər verir ki, iki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.

 

Hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazovun anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirdiyi, daha sonra yaşadıqları evi yandırdığı bildirilir.

 

Qeyd edək ki, hadisə zamanı S.Həsənova dünyasını dəyişmişdi.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək