İyulun 27-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Qafqazinfo" saytının məlumatına görə, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.
Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə - 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.
Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.
***
09:36
Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır.
Modern.az xəbər verir ki, ötən gün Binəqədi rayonunun Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində Rəvan Əliyev və Əli Cabbarovun boğularaq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
***
20:24
Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.
Modern.az “report"a istinadən xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.
Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib.
2009-cu il təvəllüdlü Əli Cabbarov, həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Onların axtarışları davam etdirilir.