Modern.az

Bilgəhdə boğulan şəxs DSX-nin giziri imiş

Bilgəhdə boğulan şəxs DSX-nin giziri imiş

Hadisə

28 İyul 2025, 12:17

Dünən Bilgəh çimərliyində ölüm hadisəsi baş verib.

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Şəbəkə” çimərliyində boğularaq ölən şəxsin hərbi qulluqçu olması müəyyənləşib.

Belə ki, saat 14 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə Cəlilabad rayon sakini, Dövlət Sərhəd Xidmətinin giziri 1990-cı il təvəllüdlü Arif Balafər oğlu Əsədullayev çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var