Modern.az

Yük maşını mal-qaraya çırpıldı

Yük maşını mal-qaraya çırpıldı

Hadisə

28 İyul 2025, 13:07

Goranboyda yük maşını iri buynuzlu mal-qaraya çırpılıb.

Modern.az-ın məlumatına görə, hadisə Səfikürd-Naftalan avtomobil yolunun Goranboy rayonunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.

Goranboy rayonunun Qarqucaq kənd sakini, 1966-cı il təvəllüdlü C.İbrahimov idarə etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsinə məxsus “Qazel” markalı avtomobillə hərəkətdə olan zaman rayonunun Səfikürd kənd sakini, 1974-cü il təvəllüdlü Allahverdiyev Teymur Tahir oğluna məxsus 1 baş iri buynuzlu mal-qaranı vurub. Mal-qara hadisə yerində tələf olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var