Modern.az

Şəhid qardaşı həyatını itirdi - YENİLƏNİB

Şəhid qardaşı həyatını itirdi - YENİLƏNİB

Hadisə

3 Avqust 2025, 19:57

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Modern.az xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.

Qeyd edək ki, Hüseynov Natiqin qardaşı Hüseynov Adil 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

**

Tərtərdə 4 nəfər kanalda düşüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

Məlumata görə, onlar Suqovuşandan çəkilən yeni beton kanala çimmək üçün atılıb daha sonra batıblar.

Kənd sakinləri bir nəfəri xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına göndərib. Onun Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlu olduğu qeyd edilir.

Digər bir nəfərin də meyiti kanalın rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsindən çıxarılıb. 

Faktla bağlı araşdırma başlanıb.

Batan şəxslərin Bərdə sakini olduqları bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir