Modern.az

747 yanğına çıxış olub - 9 nəfərin meyiti təhvil verilib

747 yanğına çıxış olub - 9 nəfərin meyiti təhvil verilib

4 Avqust 2025, 09:10

Ötən həftə 747 yanğına çıxış olub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 747 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 64 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 41 nəfər təxliyə olunub, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir