Modern.az

Supermarketdən oğurluq edən futbolçunun müqaviləsinə xitam verildi

Supermarketdən oğurluq edən futbolçunun müqaviləsinə xitam verildi

Hadisə

4 Avqust 2025, 15:50

İrlandiyanın "Kerri" futbol klubu yerli supermarketdən birindən oğurluq etdiyi iddia edilən zimbabveli müdafiəçisi Şeyn Marudza ilə yollarını ayırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə iyulun 25-də sözləşmə imzalanıb, bundan 4 gün sonra isə müqaviləyə xitam verilib.

Komanda Marudza ilə yanaşı, qapıçı Matias Randriamami ilə də vidalaşıb.

"Təəssüf ki, prinsipləri klubun standartlarına uyğun gəlmir", - "Kerri"nin mətbuat xidmətinin bəyanatında deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir