Modern.az

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Hadisə

5 Avqust 2025, 11:46

Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza