Modern.az

İmişlidə ağır qəza - 6 nəfər xəsarət aldı

İmişlidə ağır qəza - 6 nəfər xəsarət aldı

Hadisə

5 Avqust 2025, 13:50

İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu gün saat 11:00 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan 1-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir