Modern.az

Balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Hadisə

5 Avqust 2025, 15:49

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, R.Səmədov saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyətinin qənaət bəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanın balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir